Tacikistanda Çinlə sərhəd yaxınlığında 7,2 bal gücündə zəlzələ baş verib.
TIME xarici mətbuata istinadən bildirir ki, Çin Seysmoloji Mərkəzi bunula bağlı məlumat yayıb.
Zəlzələ Pekin vaxtı ilə saat 8:37-də qeydə alınıb, zəlzələnin episentri Çinin Sincan-Uyğur Muxtar Rayonu ilə sərhədindən təxminən 82 km məsafədə, 10 km dərinlikdə yerləşib. Çin mediası zəlzələnin Sincanda bir sıra yaşayış məntəqələrində güclü hiss edildiyini yazıb.
Zəlzələnin episentrindən 300 km məsafədə 10 iri və orta şəhər var, ən yaxını isə episentrdən təxminən 160 km aralıda yerləşən Xoroqdur. Mümkün tələfat və dağıntılar barədə hələlik məlumat daxil olmayıb.
Özbəkistanın Seysmik Proqnozlaşdırma Monitorinq Mərkəzi Tacikistanda 5,8 bal gücündə üç təkan olduğunu bildirib.
Mərkəzin məlumatına görə, ilk təkan Düşənbə vaxtı ilə saat 5:37-də (Moskva vaxtı ilə 3:37) baş verib. Onun maqnitudası 5,8, yeraltı təkanların ocağı 147 km dərinlikdə, Daşkəndədək olan məsafə cənub-şərq istiqamətində 435 km olub.
4,7 bal gücündə ikinci zəlzələ 18 dəqiqə sonra baş verib. Bu seysmik hadisənin episentri Daşkənddən 458 km cənub-şərqdə, 136 km dərinlikdə yerləşib.
4,2 bal gücündə üçüncü zəlzələ yerli vaxtla saat 6:06-da qeydə alınıb. O, Özbəkistan paytaxtından 452 km cənub-şərqdə, 15 km dərinlikdə baş verib Özbəkistanın Fərqanə, Əndican, Namanqan vilayətlərində yeraltı təkanların gücü – 4, Daşkənddə 3-4, Səmərqənddə – 3 bal olub. Dağıntılar barədə məlumat yoxdur.