Fövqəladə Hallar Nazirliyi (FHN) bu gecə metroda təlim keçirəcək.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu gecə saat 01:00 radələrində Fövqəladə Hallar Nazirliyi ilə “Bakı Metropoliteni” QSC metronun “İçəri şəhər” stansiyasında “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili” mövzusunda birgə taktiki təlim keçirəcək.