E-sosial.az portalı və “Əmək və Məşğulluq” altsistemi Ümumdünya Sammiti çərçivəsində keçirilən müsabiqənin qalibləri olub.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, hər iki innovativ uğur müxtəlif ölkələrdən 360 layihənin iştirak etdiyi beynəlxalq müsabiqənin “Çempion layihələr”i seçilib.
BMT-nin İKT üzrə ixtisaslaşmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqının Cenevrədə (İsveçrə) keçiriləcək “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya
Sammiti – 2023” çərçivəsində keçirilən müsabiqənin qalibləri açıqlanıb.
Müsabiqədə müxtəlif ölkələrdən 18 kateqoriya üzrə 360 layihə iştirak edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunan e-sosial.az
portalı və “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) bu beynəlxalq müsabiqədə iki ayrı
kateqoriya üzrə qalib gəlib və müsabiqənin “Çempion layihələri”i seçilib.
Bununla da Azərbaycan sosial sahədə İKT-nin tətbiqi üzrə uğurlu təcrübələrinə
görə növbəti beynəlxalq uğurlara imza atıb.
2019-cu ildən istifadəyə verilən e-sosial.az internet portal ölkənin sosial reyestri
olmaqla, vətəndaşlara onlar barədə toplanmış bütün sosial məlumatlara real vaxt
rejimində çıxış və yaranan sosial-əmək hüquqlarının təminatına nəzarət imkanı yaradır.
“Android” və “İOS” sistemlərində də fəaliyyət göstərən portala ötən dövrdə 67
milyon 645 min müraciət olub, portalda qeydiyyatdan keçən aktiv istifadəçi sayı da
artaraq 1 milyon 300 minə çatıb.
ƏMAS isə 2022-ci ilin may ayında istifadəyə verilib və vahid əmək münasibətləri
platformasıdır. Bu altsistem vasitəsilə əmək münasibətləri zamanı kağız üzərində
aparılan bütün əməliyyatların elektron müstəviyə keçidi, həmçinin əmək müqavilələrinin kağız üzərində deyil, e-qaydada bağlanması, rəqəmsal kadr uçotuna keçilməsi təmin olunur.
Məşğulluq xidmətlərinin daha çevik və əlçatan olmasına imkan yaradan ƏMAS-
da ölkənin Məşğulluq xəritəsini və reyestrini, mərkəzləşdirilmiş Karyera Portalını, işə
düzəlmədə vasitəçilik üzrə vahid reyestri və s. də əhatə edir.
Hazırda 193 ölkənin, habelə çoxsaylı akademik institutların, özəl şirkətlərin üzv
olduğu BTİ-nin İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti aktual məsələlərin
müzakirə və konsensus əsasında həll edildiyi qlobal forumdur. Bu qlobal sammit
həmçinin İKT inkişafına dəstək verir, informasiya cəmiyyətinin yeni tendensiyalarını
müəyyən etmək, informasiya və qabaqcıl təcrübələrin mübadiləsi üçün unikal imkanlar
yaradır.