Fevral ayında sosial ödənişlər nə vaxt həyata keçiriləcək?


Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu fevral ayı üzrə müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödəniləcəyi vaxtı açıqlayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların fevralın 24-də ödənilməsi nəzərdə tutulub.

Xatırladaq ki, 2023-cü ildə yeni sosial islahat paketi üzrə 1,9 milyon vətəndaşı əhatə edən sosial ödənişlərdə növbəti artımlar üçün illik əlavə 750 milyon manat vəsait nəzərdə tutulub.

Leave a Reply