Sabah 14 dərəcəyədək isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub küləyi əsəcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, havanın temperaturu gecə 0-3° isti, gündüz 6-10° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.


Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq.

Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.

Leave a Reply