FHN-in Kahramanmaraşda olan çevik xilasetmə qüvvələrinin bir hissəsi axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Hataya yola düşüb.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, , FHN-in Kahramanmaraşda olan qüvvələrinin 110 nəfərdən artıq hissəsi Hatay rayonunda baş vermiş dağıdıcı zəlzələ ilə əlaqədar axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə bu səhər həmin bölgəyə yola düşüb.
Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.