Dünya üzrə yüksək səviyyəli seysmik aktivlik müşahidə olunur

Son bir sutka ərzində Yer üzündə 4-6 bal gücündə 27 zəlzələ qeydə alınıb.

TIME beynəlxalq mənbəyə istinadən bildirir ki, bu gün İndoneziyada 6,1 bal gücündə zəlzələ baş verib.

Bununla yanaşı, 5 bal+ gücdə zəlzələlər mərkəzi Orta Atlantik silsiləsində, Yaponiyada, Türtkiyədə, cənub Orta Atlantik silsiləsində qeydə alınıb.

Digər zəlzələlər 4bal+ gücündə olub və onlar İndoneziyada, Kuril adalarında, Bonin adalarının Yaponiya bölgəsində, Koreya boğazında, Tanzaniyada, Rumıniyada, Solomon Adalarında, Əfqanistanda, Yeni Zenlandiyada, Kanadada, Peruda, ABŞ-da (Alyaska), Tayvanda, Türkiyədə baş verib.

Beynəlxalq platformalarda global seysmik aktivlik səviyyəsi yüksək kimi dəyərləndirilir. Son bir ayda dünya üzrə 3675, son bir həftədə 849, son 24 saat ərzində isə 112 zəlzələ qeydə alınıb. Son günlərin statistik məlumatlarını müqayisə etdikdə zəlzələlərin sayının azalması, coğrafiyasının və gücünün artması nəzərə çarpır.

Azərbaycanda yaxın qonşu ölkələrdə hazırda seysmik aktivlik müşahidə olunmur.

Leave a Reply