“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti bu yaz Bakıdan Fransanın paytaxtı Parisə uçuşları bərpa edir.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, cədvəldə həftədə 2 dəfə – çərşənbə axşamı və cümə günləri Bakıdan Parisə və əks istiqamətdə uçuşlar nəzərdə tutulub. İlk uçuş mayın 9-u həyata keçiriləcək.⠀
Uçuş cədvəli ilə daha ətraflı aviaşirkətin rəsmi www.azal.az saytında tanış ola bilərsiniz. Biletləri, həmçinin AZAL mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.