Azərbaycan sənaye əhəmiyyətli partlayıcıları ixrac edəcək

Partlayıcı maddələr zavodunun inşası layihəsinin ümumi investisiya dəyəri 14 milyon manatdır.

TIME Trend-ə istinadən bildirir ki, “Azerblast”ın icraçı direktoru isə Rizvan Baxşıyev Mülki partlayıcı maddələr zavodunun inşası layihəsi ilə bağlı keçirilən brifinq zamanı deyib ki, layihə çərçivəsində inşaat işlərinə təqribən 5.5 milyon manat, avadanlıqların alınması və quraşdırılmasına 4 milyon manat vəsait sərf olunacaq. Layihə üzrə nəzərdə tutulan digər vəsaitlər isə əməliyyat xərclərini təşkil edir. Bütün bu vəsaitlər təsisçilər tərəfindən Nizamnamə kapitalına qoyuluşlar və sərfəli şərtlərlə əldə edilmiş kredit hesabına təmin olunacaq.

Onun sözlərinə görə, növbəti illər üzrə artan tələbata uyğun istehsal həcminin də artırılması, məhsulların xarici bazarlara çıxarılması ilə ölkəmizin qeyri-neft ixracatına töhfə verilməsi hədəf olaraq müəyyənləşdirilib. Həmçinin nəzərə alınmalıdır ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə Vətən müharibəsində əldə edilən qələbə nəticəsində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında dağ-mədən sənayesi üzrə yaranmış potensial və həmin ərazilərdə aparılan quruculuq işləri ildən-ilə sənaye partlayıcı maddələrinə olan təlabatın artmasına səbəb olacaq. Qeyd edə bilərəm ki, araşdırmalarımıza əsasən, təkcə 2024-cü ildə sözügedən bölgələrimiz üçün 10-15 min ton həcmində illik tələbat həcmi proqnozlaşdırılır.

“Layihənin maliyyə modelində Xalis Cari Dəyər (NPV) 2.6 milyon manat, Daxili Gəlirlilik Dərəcəsi (IRR) isə 24.3% olaraq hesablanıb. Layihənin icrasına qoyulmuş investisiyanı müəssisənin tam gücü ilə fəaliyyəti nəticəsində 5.3 ilə qaytarmaq mümkün olacaq. Layihə üzrə fəaliyyətin ilk 6 ili üçün hesablanmış cəmi gəlir isə 90 milyon manat nəzərdə tutulub. Sonrakı illərdə də sənaye əhəmiyyətli partlayıcı maddələrə artan daxili və xarici tələbat fonunda istehsalın yüksək templə davam etdirilməsi nəticəsində satış gəlirləri daha da artacaq, müəssisənin uzunmüddətli, fasiləsiz və davamlı fəaliyyəti təmin ediləcəkdir”, – deyə R.Baxşıyev əlavə edib.

“AzerBlast” MMC tərəfindən mülki partlayıcı maddələr zavodunun inşası regionların sosial-iqtisadi inkişafına dair dövlət siyasətinə uyğun olaraq Gəncə şəhərində həyata keçirilir. Zavod ölkəmizdə sənaye əhəmiyyətli partlayıcı maddələr istehsal edən ilk müəssisə olacaq.

“Layihənin əsas məqsədi mədənlərdə həyata keçirilən hasilat prosesi və digər sənaye sahələrində istifadə olunan mülki partlayıcı maddələrə tələbatın ödənilməsi, dağ-mədən, həmçinin tikinti müsəsisələrinin fasiləsiz tədarük zəncirinin təmin edilməsi ilə idxaldan asılılığın aradan qaldırılması, eyni zamanda regionda yeni iş yerlərinin yaradılmasıdır.

Ümumi sahəsi 5,665 kvadratmetr olan istehsal müəssisəsi 15 hektar ərazidə inşa edilməkdədir. İllik istehsal gücü 31,000 ton həcmində qiymətləndirilən zavodun inşasının cari ilin sonunadək tamamlanaraq istifadəyə verilməsi nəzərdə tutulub. Müasir istehsalat texnologiyaları əsasında qurulacaq müəssisədə, xüsusilə dağ-mədən və inşaat sənayesində istifadə olunan partlayıcı növləri H-ANFO, ANFO-nun istehsalı həyata keçiriləcəkdir”, – deyə o, əlavə edib.

R.Baxşıyev bildirib ki, ilkin mərhələdə ölkə üzrə cari təlabata uyğun olaraq aylıq 500 ton, illik 6,000 ton partlayıcı maddənin istehsalı planlaşdırılır. 2023-cü ildə qızıl və dəmir filizi mədənlərində süxurların partladılması üçün “AzerGold” QSC-nin mülki partlayıcı maddələrə tələbatı 1445 ton, QSC-nin digər törəmə cəmiyyəti – “Daşkəsən Dəmir Filiz” MMC-nin isə tələbatı 1735 ton proqnozlaşdırılıb. Ölkə üzrə tələbatın digər hissəsi isə dağ-mədən və sənayenin başqa sahələrində fəaliyyət göstərən qurumların payına düşür.

Növbəti illər üzrə artan tələbata uyğun istehsal həcminin də artırılması, məhsulların xarici bazarlara çıxarılması ilə ölkəmizin qeyri-neft ixracatına töhfə verilməsi hədəf olaraq müəyyənləşdirilib. Həmçinin nəzərə alınmalıdır ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə Vətən müharibəsində əldə edilən qələbə nəticəsində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında dağ-mədən sənayesi üzrə yaranmış potensial və həmin ərazilərdə aparılan quruculuq işləri ildən-ilə sənaye partlayıcı maddələrinə olan təlabatın artmasına səbəb olacaq. Qeyd edə bilərəm ki, araşdırmalarımıza əsasən, təkcə 2024-cü ildə sözügedən bölgələrimiz üçün 10-15 min ton həcmində illik tələbat həcmi proqnozlaşdırılır”, – deyə o, əlavə edib.

Leave a Reply