Yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 20,5 faiz artıb

Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, indiyədək ölkə ərazisində 85.209 ədəd yeni nəsil NKA quraşdırılıb.

Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

2023-cü  ilin yanvar ayında bu NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 1,6 milyard manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,5 faiz çoxdur.

Leave a Reply