Son bir sutka ərzində Yer üzündə 4-5 bal gücündə 21 zəlzələ qeydə alınıb.
TIME beynəlxalq mənbəyə istinadən bildirir ki, 5 bal+ gücdə zəlzələlər Yeni Zenlandiya, ABŞ (Alyaska), mərkəzi Orta Atlantik silsiləsi, Tonqada baş verib.
Qalan zəlzələlər 4bal+ gücündə olub və onlar Fillipində, Rusiyada, Türkiyədə, Suriyada, Rumıniyada, Əfqanistanda, Havai adalarında, Fiji adalarında, Argentina və Çilidə qeydə alınıb.
Beynəlxalq platformalarda global seysmik aktivlik səviyyəsi orta kimi dəyərləndirilir. Son son bir ayda dünya üzrə 3648, son bir həftədə 853, son 24 saat ərzində isə 118 zəlzələ qeydə alınıb.
Azərbaycanda bu gün saat 15.42-də Xəzər dənizində 60 km dərinlikdə 3,1 bal dücündə zəlzələ qeydə alınıb.