AYNA Türkiyədən Azərbaycana 479 nəfər təxliyə edib

Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycan vətəndaşlarının təxliyəsi davam etdirilir.

TIME Trend-ə istinadən bildirir ki, Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən təşkil olunan təxliyə avtobusları ilə vətəndaşlarımız Gürcüstan-Azərbaycan sərhədindən Bakıya gətirilir.

“Bu günə kimi 12 reys həyata keçirilib və 479 vətəndaş Bakı Beynəlxalq Avtovağzal Kompleksinə çatıb. Vətəndaşlar ödənişsiz Bakıya daşınıb.

“Hazırda sərhəddə ehtiyat avtobus da mövcuddur”, – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.

Leave a Reply