Nazirlər Kabinetinin Qərarına əsasən inklüziv təhsilin təşkili qaydası təsdiq edilib.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, “İnklüziv təhsilin təşkili Qaydası” “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və ümumi təhsil müəssisələrində inklüziv təhsilin təşkili ilə bağlı məsələlərin tənzimlənməsini nəzərdə tutur.
Qaydada sağlamlıq imkanları məhdud uşağın inklüziv təhsil sinfi təşkil olunan ümumi təhsil müəssisəsinə qəbulu şərtləri, bu təhsil siniflərində tədrisin təşkili və digər tələblər öz əksini tapıb.