Türkiyədən 433 Azərbaycan vətəndaşı təxliyyə olunub

Türkiyədə zəlzələ bölgəsindəki vətəndaşlarımız Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən təşkil olunan avtobuslarla Bakıya çatdırılır.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycan vətəndaşlarının təxliyəsi davam etdirilir.

AYNA tərəfindən təşkil olunan 11 təxliyə avtobusu ilə indiyədək 433 vətəndaşımız Gürcüstan-Azərbaycan sərhədindən paytaxta gətirilib. Vətəndaşlar ödənişsiz şəkildə Bakı Beynəlxalq Avtovağzal Kompleksinə çatdırlır.

Hazırda sərhəddə ehtiyat avtobusları da mövcuddur.

Leave a Reply