Türkiyədə xəlzələdən 92584 nəfər zərər çəkib

Kahramanmaraş vilayətində baş vermiş zəlzələlərdən sonra 1509 afterşok baş verib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Osmaniye, Hatay, Kilis, Malatya və Elazığda 18.342 vətəndaş həyatını itirib; 74 242 vətəndaş xəsarət alıb. 75 780 fəlakət qurbanı bölgədən başqa əyalətlərə təxliyə edilib.

Bölgədə AFAD, PAK, JAK, JÖAK, DİSAK, Sahil Mühafizəsi, DAK, Güvən, Yanğından Mühafizə, Xilasetmə, MEB, QHT-lər və beynəlxalq axtarış-xilasetmə personalından ibarət ümumilikdə 30 min 306 axtarış-xilasetmə personalı çalışır.

Xarici İşlər Nazirliyi ilə aparılan danışıqlar nəticəsində digər ölkələrdən gələn axtarış-xilasetmə heyətinin sayı 6810 nəfərdir.

Bundan əlavə, AFAD, Polis, Jandarma, MSB, UMKE, Təcili Yardım Dəstələri, Könüllülər, Yerli Təhlükəsizlik və Yerli Dəstək Qruplarından təyin olunmuş sahə personalının sayı ilə birlikdə bölgədə çalışan personalın ümumi sayı 121.128 nəfərdir.

Ekskavatorlar, traktorlar, kranlar, dozerlər, yük maşınları, su maşınları, qoşqular, qreyderlər, vakuum maşınları və s. Tikinti texnikası da daxil olmaqla, ümumilikdə 12241 avtomobil yola salınıb.

Hərbi Hava Qüvvələri, Quru Qoşunları, Sahil Mühafizəsi və Jandarma Baş Komandanlığına bağlı cəmi 150 təyyarə ilə personal və materialların bölgəyə daşınması üçün hava körpüsü qurulub.

Ümumilikdə 1310 döyüş uçuşu həyata keçirilib. Bölgəyə şəxsi heyət, material daşınması və təxliyyə üçün 20-si Dəniz Qüvvələri Komandanlığı, 2-si Sahil Mühafizəsi komandanlığı olmaqla cəmi 22 gəmi təyin edilib.

AFAD, Ailə və Sosial Xidmətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi və Qızıl Aypara tərəfindən zəlzələdən çox zərər çəkən 10 əyalətə 137 973 çadır və 1 507 494 ədyal göndərilib. 97 973 Ailə Yaşayış Çadırının quraşdırılması başa çatdırılıb.

Leave a Reply