Türkiyədə dağıntılat altından çıxan insanlar ilk nə istəyirlər? – VİDEO

Türkiyədə zəlzələnin 5-ci günü şok vəziyyətində olan zərərçəkmişlər dağıntılar altından çıxarıldıqda istəkləri kövrəldir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, zəlzələ qurbanı olan gənc ali məktəbə daxil olmağa hazırlaşırmış və dağıntılar altından 62 saat sonra yaralı çıxıb və ilk maraqlandığı kitabları olub.

Çıxılmaz çətin vəziyyətdə olan ana və qız hətta ölmək istəyiblər, lakin dağıntlar altından çıxarılıblar.

Antalya Böyükşəhər Bələdiyyəsinin yanğınsöndürənləri Kahramanmaraşda baş verən zəlzələnin 99-cu saatında 15 yaşlı Ayferi və onun 13 yaşlı qardaşı Fatmanı zəlzələnin 101-ci saatında sağ-salamat xilas ediblər. Böyükşəhər Bələdiyyəsi xilasediciləri xilasetmə zamanı Ayferin istəyi ilə Zeynep Baştıkın Gül Beyaz Gül mahnısını səsləndirib.

Dağıntılar altında qalan 46 yaşlı qadın pişiyi ilə birlikdə xilas edilib. CNN Türk komandasından Fulya Öztürk və Halil Kahraman həmin anların şahidi olub.

Leave a Reply