Zəlzələdə çox sayda insan tələfatının qarşısını öncədən necə almaq olar?

Tikinti-inşaat işlərində dəqiq mühəndisi hesablamalar və insanların maarifləndirilməsi sayəsində faciəvi sonluqları xeyli azaltmaq olar.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bunu Neft və Qaz institutunun baş direktoru, akademik Fəxrəddin Qədirov “2023-cü il fevralın 6-da Türkiyədə baş vermiş şiddətli zəlzələ haqqında ekspress mülahizələr”  mövzusunda təqdimatında qeyd edib.

F.Qədirov İran, Ərəbistan, Qafqaz plitəsinin seysmoloji aktivliyini əks etdirən vizual görüntülər əsasında yeraltı təkanların xarakterini izah edib. Bildirib ki, ölçüsündən asılı olmayaraq bir plitənin hərəkəti digər plitələrin oyanmağına səbəb ola bilir və nəticədə acı zəlzələ hadisəsi baş verir.

Sözügedən regionda da təbii fəlakət bu prinsipə uyğun baş verib. Yeraltı təkanların hərəkəti həm irəli, həm də geri dönməyə meyilli olur. Eləcə  də bu proses bir neçə gün davam edə bilir.

Akademik kosmik geodeziya tədqiqatları (GPS) və Azərbaycanda aktiv tektonik zonaların proqnozlaşdırılması mövzusuna da toxunaraq diqqətə çatdırıb ki, zəlzələnin öyrənilməsi ilə bağlı ölkəmizdə 2000-ci ildən başlayaraq böyük şəbəkə yaradılıb.

Bu təbii fəlakətin dəqiq proqnozlaşdırılması hələlik mümkün olmasa da, fəlakətin nəticələrinin minimuma endirilməsi tamamilə realdır, bunu üçün tikinti-inşaat işlərində dəqiq mühəndisi hesablamaların aparılması tələb olunur.

Leave a Reply