Azərbaycan Prezidenti İlham Əliyev “Sosial xidmət haqqında” Qanununu yeni redaktədə təsdiqləyib.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 10.1-1-ci maddə əlavə edilib:
“10.1-1. Sosial xidmət göstərilməsi üçün müraciət edilməsi ilə əlaqədar tələb olunan sənədlərin və ya məlumatlarin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müraciət edəndən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edənin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən tərəfindən təmin edilir.”.