“İnsan kapitalı” işçi qrupunun növbəti iclası keçiriləcək

15 fevral saat 15:00-da Elm və Təhsil Nazirliyində Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının İnsan Kapitalı işçi qrupunun onlayn formatda növbəti iclası keçiriləcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, maraqlanan şəxslər, dövlət və özəl sektor nümayəndələri müvafiq linkə daxil olaraq iclasın gündəliyi ilə tanış ola və linkdəki “Təklif göndər” bölməsi vasitəsilə müvafiq mövzuda öz təkliflərini yaza bilərlər.

Bundan başqa, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın internet portalının “onlayn müraciət (https://azranking.az/online-apply)” bölməsində də ölkəmizdə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, milli iqtisadiyyatın rəqabət qabiliyyətliyinin artırılması istiqamətində müvafiq sahə üzrə təklifləri qeyd etmək mümkündür.

Yekunda təkliflər Komissiyanın müvafiq işçi qruplarında müzakirə olunur və nəticəsi barədə təklif verən tərəfə məlumat göndərilir.

Leave a ReplyCancel reply