“Azərbaycan Dəmir Yolları” sərnişinlərə xəbərdarlıq edib

Hazırda müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar “Azərbaycan Dəmir Yolları” QSC hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, qatarların sürət həddi küləkli hava şəraitinə uyğun olaraq tənzimlənir.

“Sərnişinlərimizdən də öz növbəsində platformalarda hərəkət zamanı ehtiyatlı olmaları və dəmir yolu xətlərini keçən zaman müvafiq keçidlərdən istifadə etmələri xahiş olunur”, – deyə ADY rəsmi məlumatında qeyd edib.

Leave a Reply