“Türk Hava Yolları” şirkəti fəlakət bölgəsindən təxliyə xidmətləri göstərməkdə davam edir.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, fevralın 7-də şirkət tərəfindən 19050 nəfər təxliyə edilib.
Bu gün, fevralın 8-də şirkətin planlaşdırdığı reyslərlə daha 30 min insan təxliyə edilməsi nəzərdə tutulub.
“Biz evakuasiya uçuşları üçün rezervasiya tələbini aradan qaldırdıq. Sərnişinlərimizdən xahişimiz odur ki, hava limanlarında səlahiyyətli personalın rəhbərliyini gözləsinlər”, – deyə şirkətin rəsmi məlumatında qeyd edilib.