Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 5-i uşaq olmaqla 26 nəfəri sağ, 47 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, əməliyyatlarda FHN-in xüsusi təlim görmüş xilasetmə itləri də tətbiq olunur.
Axtarış-xilasetmə əməliyyatlarının gedişi barədə əlavə məlumat veriləcək.