Türkiyədə zəlzələdən 26 minədək insan zərər çəkib

Türkiyədə baş vermiş zəlzələlər nəticəsində 3 703 insan vəfat edib, 22 286 yaralanıb.

TIME Anadolu Agentliyinə istinadən bildirir ki, Zəlzələ bölgəsində aparılan işlərdə təxminən 23 min polis, jandarma və sahil mühafizəsi işçisi iştirak edir.

Kahramanmaraşda 10 vilayətdə baş verən zəlzələlər səbəbilə ümumilikdə 22 min 960 personal, Jandarma Baş Komandanlığından 16 min 421, Təhlükəsizlik Ümumi Müdirliyindən 6 min 148 və Sahil Təhlükəsizlik Komandanlığından 391 nəfər axtarış-xilasetmə işlərinə dəstək verir.

Dünyanın bir çox ölkəsindən xilasedici heyətləri Türkiyəyə göndərilib.

Bəzi ərazilərə yardımın çatdırılmasında problemlər yaşanır Belə ki, Konya-Adana magistral yolunda zəlzələ bölgəsinə gedən yardım maşınları kilometrlərlə növbə yaradıb.

Xatırladaq ki, Kahramanmaraşın Pazarcık mahalında, dünən saat 4.17, 7.7; Saat 13.24-də Elbistan rayonunda 7,6 bal gücündə zəlzələ olduğu halda, Qaziantepdə 6,4 və 6,5 bal gücündə iki zəlzələ baş verib.

7,7 bal gücündə zəlzələdən sonra saat 13:24-də növbəti zəlzələ baş verib. Episentri Kahramanmaraşın Elbistan rayonunda olan zəlzələnin gücü 7,6 bal olaraq qeydə alınıb.

Zəlzələ Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hatayda dağıntılara səbəb olub.

Leave a Reply