Türkiyədə zəlzələdən 23 mindən çox insan zərər çəkib

Türkiyədə fevralın 6-da baş vermiş güclü zəlzələ nəticəsində Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbakır, Adana, Adıyaman, Osmaniye, Hatay, Kilis və Malatyada cəmi 3381 vətəndaş həyatını itirib, 20 426 vətəndaş xəsarət alıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki,    hazırda zəlzələdən zərər çəkmiş ərazilərə cəlb edilmiş axtarış-xilasetmə heyətinin ümumi sayı 13740 nəfər, nəqliyyat vasitələrinin sayı 360 nəfər, tikinti texnikasının sayı 3361 nəfər (onlardan 629-u kran) təşkil edir.

Türkiyənin Xarici İşlər Nazirliyi ilə aparılan danışıqlar nəticəsində 65 ölkədən 2660 şəxsi heyət təbii fəlakət bölgəsinə göndərilib.

Qeyd edək ki, hazırda bölgədə 4-5 ball gücündə zəlzələlər davam edir.

Leave a Reply