Malatyada 4 azərbaycanlı tələbə dağıntılar altından çıxarılıb


Türkiyənin Malatya şəhərində xilasedicilər 4 azərbaycanlı tələbə – Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadəni dağıntılar altından çıxarıblar.

TIME Türkiyə mətbuatına istinadən bildirir ki, xilasedicilər dağıntılar altında olan tələbələrimizin adlarını səsləyiblər, onlar cavab veriblər.

S.Quliyev, Ş.Verdiyev, H.İsmayıllı və G.Nəzərzadə Malatyadakı İnönü Universitetinin tələbələridir.

Qeyd edək ki, Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən orada təhsil alan azərbaycanlı tələbələrlə mütəmadi olaraq əlaqə saxlanılır.

Zəlzələdən zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının və onların yaxınlarının +905355776168 vasitəsilə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi ilə əlaqə saxlamaları xahiş olunur.

Azərbaycan Respublikasının İstanbuldakı Baş Konsulluğunun əlaqə nömrələri +905366138648

Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğunun əlaqə nömrələri +905527801418, +905075893011

Leave a Reply