Həmkəndlisini bıcaqlamaqda şübhəli bilinən şəxs cinayət məsuliyyətinə cəlb edilib

 Fevralın 6-sı, saat 22 radələrində 1991-ci il təvəllüdlü Hikmət Ağayevin Quba rayonunun Aşağı Atuc kəndi ərazisində xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, ilkin araşdırma zamanı 2002-ci il təvəllüdlü Təbriz Hacıyevin bıçaqla Hikmət Ağayevə xəsarətlər yetirərək öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

 Faktla bağlı Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.

 İbtidai istintaq davam etdirilir.

Leave a Reply