Bakı Nəqliyyat Agentliyi tərəfindən verilən müvafiq sərəncam ilə 44 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımalar “BakuBus” MMC-yə həvalə edilib.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, görülən tədbirin məqsədi, 15 min nəfərdən artıq sakinin yaşadığı Zığ qəsəbəsi istiqamətində sərnişindaşımaların daha rahat və təhlükəsiz formada daşınmasını təmin etməkdir.
Sərəncama əsasən “BakuBus” MMC-yə 08 fevral 2023-cü il tarixindən Zığ qəsəbəsi – “Qara Qarayev” metrostansiyası istiqamətində hərəkət edən 44 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımalarını təşkil etmək tapşırılıb.