Azərbaycan vətəndaşlarının zəlzələ zonasından təxliyyəsinə başlanılır

Azərbaycanın Türkiyədəki səfirliyi Azərbaycan vətəndaşlarının təxliyyəsinə başlayır.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, səfirlik rəsmi facebook səhifəsində bununla bağlı elan yerləşdirib.

“Türkiyədə fövqəladə hal elan olunmuş vilayətlərdə zəlzələdən zərər çəkmiş və Azərbaycana təxliyyə olunmaq istəyən Azərbaycan vətəndaşların diqqətinə! Təxliyyə üçün nəzərdə tutulan avtobuslar 7 fevral saat 15:00-da siyahıda qeyd edilən təyinat nöqtələrində olacaq”, – deyə elanda bildirilib.

Zəlzələdən zərər çəkmiş Azərbaycan vətəndaşları səfirliyin bölgələr üzrə məsul edilmiş əməkdaşlarına müraciət etmələri xahiş olunur.

Leave a Reply