Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ sonrası mətbuata ilk açıqlamasını verib.
TIME HaberGlobal-a istinadən bildirir ki, Türkiyə prezidenti qeyd edib ki, zəlzələ nəticəsində 912 nəfər həyatını itirib, 5385 nəfər yaralanıb, 2470 nəfər isə dağıntı altından xilas edilib. Dağılan binalarımn sayı 2818 olub.
“Mərkəzi Kahramanmaraşda olan və son qiymətləndirməyə görə maqnitudası 7,7 ball, dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində dağıntılara səbəb olub. Zəlzələ Siriyada da hiss olunub. Biz bütün imkanlarımızı axtarış-xilasetmə işlərinə yönləndirmişik. Axtarış-xilasetmə işlərini 9 min personal aparır və bu rəqəm kənardan gələnlərlə daim artır. Binaların altındakı vətəndaşlarımızın aşkarlanması və xilasetmə işləri fasiləsiz davam edir”, – deyə R.T.Ərdoğan qeyd edib.