Türkiyədə və qonşu ölkələrdə zəlzələ baş verib

Bu gün Türkiyənin cənub-şərqində 7,4 balla gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində azı 76 nəfər ölüb, 440 nəfər yaralanıb.

TIME Türkiyə mətbuatına istinadən bildirir ki, zəlzələ zonasında 4-cü dərəcəli həyəcan elan edilib.

https://www.youtube.com/live/iaU1q9H_JZs?feature=share

Malatya şəhərində 130 bina dağılıb, 100-dən çox yaralı var, 3 nəfərin meyiti isə dağıntılar altından çıxarılıb.

Qaziantep şəhərində ölkədə baş verən güclü zəlzələdən sonra 6.4 maqnitudalı afterşok qeydə alınıb.

Zəlzələnin ocağı 6.98 km dərinlikdə Nurdağı rayonunda qeydə alınıb.

Yeraltı təkanlar yarım saat ərzində müxtəlif bölgələrdə – Adana, Ankara, Antalya, Qaziantep, Kayseri, Mersin, Trabzon, Şanlıurfada hiss olunub.


Kahramanmaraş şəhərində baş verən verən zəlzələ nəticəsində Hatayın Topboğazı kəndində təbii qaz boru xəttində partlayış olub və yanğın baş verib.

Kəndin 200 metr dərinliyində aralarında 3 km məsafə olan iki ayrı nöqtədə zəlzələ nəticəsində partlayış olduğu və yanğın baş verdiyi bildirilir.

Hatay aeroportu yararsız hala düşüb.

Türkiyədə baş verən zəlzələ ilə eyni vaxtda Suriyada, Livanda, Misirdə və Kiprdə güclü təkanlar hiss edilib.

Suriyada zəlzələdə həlak olanların sayı 99-a çatıb. 330-dan çox insan yaralanıb.

Leave a Reply