Estoniyanın Vinni şəhərində keçirilən sumo üzrə böyüklər arasında Avropa Kubokunda Azərbaycan idmançıları 3 qızıl və 3 gümüş medal qazanıblar.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, Camal Feyziyev (mütləq çəki və +115 kq) və Röyal Ağamalıyev (85 kq) qızıl, Sadiq Ağamalıyev (115 kq), Cavid Mustafayev (77 kq) və Xəyyam Abdullayev (70 kq) gümüş medala sahib çıxıblar.
Komanda hesabında Azərbaycan 1-ci olub.