Fevralın 12-də keçiriləcək sınaq imtahanında (o cümlədən 19 fevral informatika və ya coğrafiya fənni üzrə əlavə imtahanda) iştirak edən abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən fevralın 19-da isə I ixtisas qrupu üzrə RK və Rİ, III ixtisas qrupı üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər müvafiq olaraq informatika və coğrafiyadan əlavə imtahan verəcəklər.
Abituriyentlər “İmtahana buraxılış vərəqəsi“ni çap edə bilərlər.
“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
– İmtahana buraxılış vərəqəsi;
– Şəxsiyyəti təsdiq edən sənədin əsli.