Kahramanmaraş mərkəzli zəlzələlərdə 10 minə yaxın insan yaralanıb – VİDEO


Türkiyənin vitse-prezidenti Fuat Oktay Kahramanmaraşda baş verən zəlzələlərdə həyatını itirənlərin sayının 1541 olduğunu bildirib.

TIME Anadolu Agentliyinə istinadən bildirir ki, Türkiyənin dövlət rəsmisi zəlzələ nəticəsində 9 min 733 nəfərin yaralandığını açıqlayıb.

“Hazırda sahədə cəmi 9698 axtarış-xilasetmə personalı var”, – deyə vitse-prezident Fuat Oktay AFAD Baş Qərargahında zəlzələ bölgələrindəki son vəziyyətlə bağlı açıqlamasında deyib.

Dövlət rəsmisinin sözlərinə əsasən, elektrik enerjisi təchizatı bərpa edilir, lakin elektrik enerjisi fasilələrlə verilir.

Leave a Reply