“Azercell Telekom” şirkəti Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar orada rouminqdə olan abunəçilərin doğmaları ilə kəsintisiz əlaqəsini təmin etmək məqsədilə balanslarına vəsait yükləyib.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, hazırda Azərbaycanın Türkiyədəki səfirliyinin qaynar xəttinə +905325776168, Azercell Əlaqə Mərkəzinə +994506565000 nömrəsinə edilən zənglər pulsuzdur.
“Təbii fəlakət zamanı dünyasını dəyişmiş insanlara Allahdan rəhmət, ailələrinə səbir, yaralılara isə cansağlığı diləyirik! Qardaş Türkiyə, səninləyik!”, – deyə şirkətin rəsmi məlumatında qeyd edilib.