“Qanlı göl”ün ətrafındakı şamlıqda park salınacaq.
TIME Trend-ə istinadən bildirir ki, bunu “Qanlı göl” ərazisi üzrə təqdim olunan layihələrə dair ictimai dinləmədə Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov deyib.
Onun sözlərinə görə, ərazidə boş olan yerlər də təqdim olunacaq, şirkətlər tərəfindən yaşayış binaları tikiləcək.
Qeyd edək ki, sözügedən göl Bakı şəhərinin Yasamal rayonunda yerləşir. Vaxtilə bu su hövzəsində batanların sayı çox olduğundan oraya sakinlər tərəfindən “Qanlı göl” adı verilib.
Ictimai dinləmələr zamanı “Qanlı göl”ün adının dəyişdirilərək “Yaşıl göl” və ya “Şamlı göl” adlandırılması təklif olunub.
Parkın ərazisinin 6 hektar olacağı bildirilir.