Mərkəzi Bankın Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasında təşkil olunan əhaliyə xidmət üzrə “Nağd pul ofisi” həftənin 2-ci və 4-cü günləri saat 10:00-dan 13:00-dək davamlı fəaliyyət göstərir.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, Mərkəzi Bank tərəfindən əhalidə olan tədavülə yararsız pul nişanlarının dəyişdirilməsi, yubiley və xatirə pul nişanlarının satışı və əhalinin nağd pulla bağlı sorğularının cavablandırılması məqsədilə təşkil olunan xidmət kassasının fəaliyyət günlərinin sayı artırılıb.
Belə ki, 01 fevral 2023-cü il tarixindən etibarən əhaliyə xidmət üzrə müvafiq “Nağd pul ofisi” həftənin 2-ci, 3-cü və 4-cü günləri saat 10:00-dan 13:00-dək fəaliyyət göstərəcək.
Vətəndaşlar qeyd edilən ünvanda yerləşən xidmət kassasına yaxınlaşaraq milli pul nişanlarını ekspertizaya təqdim edə və zədələnmiş pulları dəyişdirə bilər.
Əlavə suallarla bağlı Mərkəzi Bankın “Qaynar xətt”inə (966) müraciət oluna bilər.