İpoteka kreditləri üzrə müraciətlərin qəbulu bərpa olunur

“Elektron ipoteka və kredit zəmanət” sistemindən istifadənin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə əlavə tədbirlər görülmüşdür.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, vətəndaşların adi ipoteka kreditləri üzrə müraciətləri 01.02.2023-cü il tarixində saat 10:00-dan etibarən qəbul ediləcək.

Güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbulu isə 02.02.2023-cü il tarixində saat 10:00-dan başlayacaq.

İpoteka kreditlərinin verilməsi şərtləri və güzəştli ipoteka kreditlərindən faydalana biləcək şəxslərin siyahısı barədə məlumatları Fondun rəsmi internet səhifəsindən (www.mcgf.gov.az/menu/46) əldə edə bilərsiniz.

Leave a Reply