15 min manatdan artıq məbləğdə daşınar əmlakların alqı-satqısı nağdsız qaydada aparılacaq

Ümumi məbləği 15 min manatdan artıq olan daşınar əmlakın alqı-satqısı yalnız nağdsız qaydada həyata keçiriləcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu məsələ Prezident İlham Əliyevin imzaladığı “Nağdsız hesablaşmalar haqqında” qanuna dəyişiklikdə əksini tapan yeni – 3.4.16-cü maddədə qeyd edilib.

Qanuna əsasən, rəsmi reyestrlərdə qeydiyyata alınmış daşınar əmlakın alqı-satqısı üzrə (avtomobil satışı istisna olmaqla) ümumi məbləği 15 min manatdan artıq olan ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək.

Bu Qanun 2023-cü il fevralın 1-dən qüvvəyə minir.

Leave a Reply Cancel reply