“Qarabağ hekayələri: Dünən, bu gün, sabah” kinoalmanaxı kinoteatrlarda

“Qarabağ hekayələri: Dünən, bu gün, sabah” kinoalmanaxını 2 fevraldan etibarən bütün kinoteatrlarda izləyə bilərsiniz.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, kinoalmanax 3 qısametrajlı filmdən ibarətdir; “Sizə məktub var…”, “Arxa cəbhə” və “Hasar”.

Biletləri kinoteatrların kassalarından və ya onlayn şəkildə əldə edə bilərsiniz.

Qeyd edək ki, filmin kinoteatr nümayişindən əldə edilən gəlirlər “YAŞAT” fonduna ianə ediləcək.

Leave a Reply