Azərbaycan rejisorunun filmi mükafata layiq görülüb

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə hər həftəsonu yerli “Cinema Radio” Kino-Radio Kanalının “IV Müasir Audiovizual Baxış” mükafatının təqdimetmə mərasimi baş tutub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, mükafat ənənəvi olaraq hər il “Cinema Radio” Kino-Radio Kanalının sorğuları əsasında, il ərzində audiovizual sahədə əldə edilən nailiyyətlərə əsasən verilir.

2019-cu ildən təqdim olunan mükafat həmin ildə rejissor və aktyor Kamran Ağabalayevə, 2020-ci ildə rejissor, jurnalist Vəfa Ağabalayevaya, 2022-ci ildə aktyor, ssenarist, aparıcı Azər Aydəmirə təqdim olunub. Bu il isə mükafatın qalibi rejissor Emil Quliyev oldu.

E.Quliyev “Pərdə” trilogiyası, “Körpü” və “Əqrəb mövsümü” teleserialları ilə tamaşaçıların rəğbətini qazanıb. Onun “Ümid” bədii filmi Tulada Qısametrajlı Filmlərin Festivalında və Mazandaranda VIII Beynəlxalq “Varesh International Film Festival”ında “Ən yaxşı rejissor” mükafatına layiq görülüb.

O, 2021-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının – “Pərdə” trilogiyasında sosial-mənəvi problemlərin uğurlu kino həllinə görə” illik mükafatına layiq görülüb.

Leave a Reply