Vətəndaşların birja əməliyyatları üzrə hesablarının ələ keçirilməsini hədəf alan kiberdələduzlar bu dəfə “Azərenerji”nin adından istifadə edirlər.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, “Azərenerji” adından hazırlanmış saxta keçid “aboovebanker . online” domen adı ilə yaradılıb.
Göstərilən saxta səhifəyə keçid etdikdə “Test” hissəni və “Start earning” düyməsini görə bilərik. Əgər testə davam edilərsə 4 sualdan ibarət forma yönləndirilirsiz. Suallar ümumi məqsəd daşıyır və “necə pul qazanmaq” istəyi haqda istifadəçinin fikirlərini öyrənir. 4 suallıq test tamamlandıqdan sonra ekranda “Congrulations Azerenerji gives you free access to platforms” yazısı əks olunur. Bu yazı əslində adware (yalançı reklam) məqsədi daşıyır və “phishing” üçün istifadə edilir. Burada qeydiyyat hissəsi doldurularsa istifadəçi “trading.oxygen-trade.company” səhifəsinə yönləndirilir. Bu səhifə isə saxta birja əməliyyatları üçün istifadə edilən və istifadəçilərinin kart məlumatlarını ələ keçirməyi hədəfləyən “phishing” saytıdır.