Azərbaycanın Tehrandakı səfirliyinə hücum anı müşahidə kameraları tərəfindən lentə alınıb.
TIME qeyri-rəsmi mənbəyə istinadən bildirir ki, internetə sızan görüntülərə görə, cinayəti törədən şəxs atəş açmağa başlamazdan əvvəl nəsə qışqırıb.
Səfirliyin 3 əməkdaşı səs-küyə reaksiya verərək girişə qaçdıqları an onlara atəş açılıb.
Mühafizəçinin operativ müdaxiləsi nəticəsində, terrorçu səfirlik əməkdaşlarına daha çox zərər vura bilməyib.