YARAT Mərkəzində rejissor Hikmət Rəhimovun “Çılpaq” filminin premyerası olacaq.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, film, ucqar kəndlərinin birində yaşayan ailənin sağ qalmasından bəhs edən ailə dramıdır.
Burada çətin həyat durumları və hadisələri ilə üzləşən insanların qəbul etdiyi, bəzən anlaşılmaz olan qərarlara nəzər salınır.
Filmin baş qəhrəmanı Sabir, var gücü ilə məhdud bir məkanda ailəsi üçün layiqli həyat qurmağa çalışarkən öz məsumluğunu itirir və öz gələcəyini puç edir.