Xəzər dənizinin dibinin bölünməsi haqqında Saziş layihəsinin müddəalarının müzakirə olunub

24-25 yanvar 2023-cü il tarixində Aşqabadda Azərbaycan Respublikası və Türkmənistan arasında Xəzər dənizinin dibinin bölünməsi məsələləri üzrə Birgə işçi qrupunun növbəti iclası keçirilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini, Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov, Türkmənistan nümayəndə heyətinə isə Xəzər dənizi İnstitutunun direktoru, Xəzər dənizi məsələləri üzrə Türkmənistanın xüsusi nümayəndəsi Murad Atacanov rəhbərlik edib.

İclasda Azərbaycan Respublikası və Türkmənistanın aidiyyatı nazirliklərinin və ixtisaslaşmış qurumlarının nümayəndələri iştirak edib.

Birgə işçi qrupunun iclası zamanı Azərbaycan Respublikası və Türkmənistan arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında Saziş layihəsinin müddəalarının müzakirəsi davam edib.

Leave a ReplyCancel reply