“Qərbi Azərbaycan və Şərqi Zəngəzur  toponimləri”nin  tədqiqi aparılacaq

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının iclası keçirilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, iclası giriş sözü ilə açan müəssisənin baş direktoru, professor Nadir Məmmədli gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

İclasda elmi katib, filologiya elmləri doktoru Aynel Məşədiyeva illik İş planını və Elmi tədqiqat işlərinin fərdi planlarını diqqətə çatdırıb. Müzakirələrdən sonra 2023-cü il üçün İş planı və fərdi planlar təsdiqlənib.

Tədbirdə bildirilib ki, yeni yaradılmış Toponimika şöbəsində  “Qərbi Azərbaycan və Şərqi Zəngəzur  toponimləri”nin  tədqiqi  istiqamətində elmi araşdırmalar aparılacaq.

Sonda cari məsələlər diqqətə çatdırılıb.

Leave a Reply