Kibertəhlükəsizlik üzrə beynəlxalq indeksdə Azərbaycanın mövqeyi 34 pillə irəlilədi

Azərbaycanda rəqəmsal inkişaf və kibertəhlükəsizliyin təmin olunması sahəsində həyata keçirilən uğurlu fəaliyyətə dair Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyanın (AKTA) müvafiq indikatorlar üzrə əsaslandırılmış təqdimatı nəticəsində 161 ölkənin kibertəhlükəsizlik sahəsində 46 indikator üzrə fəaliyyətinin qiymətləndirilərək sıralandığı Milli Kibertəhlükəsizlik İndeksi üzrə reytinq cədvəlində (National Cybersecurity Index – https://ncsi.ega.ee/) Azərbaycan Respublikası 34 pillə qalxaraq 86-cı yerdən 52-ci yerə irəliləyib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Estoniyanın “Elektron İdarəçilik Akademiyası Fondu” tərəfindən hazırlanan və təkmilləşdirilən Milli Kibertəhlükəsizlik İndeksi kibertəhlükəsizliyin təmin edilməsi və kiber insidentlərin idarə olunması üzrə ölkələrin hazırlığını real vaxt rejimində ölçən qlobal indeksdir.

Ölkəmizin tanınmış beynəlxalq reytinq cədvəlində mövqeyi ilə aşağıdakı keçid vasitəsilə ətraflı tanış ola bilərsiniz:

1. Ümumi siyahı:https://ncsi.ega.ee/ncsi-index/

2. Azərbaycan Respublikasının mövqeyi: https://ncsi.ega.ee/country/az/

Leave a Reply