Həkim-rezidentlərin çalışması üçün münbit şəraitin yaradılması müzakirə olunub

Azərbaycanda həkim-rezidentlərin çalışması üçün ayrılan xəstəxanaların sayı azaldılacaq.

TIME Trend-ə istinadən bildirir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bununla bağlı Səhiyyə Nazirliyi ilə danışıqların olduğunu qeyd edib.

“Hər xəstəxanaya rezident göndərmək olmaz. Əvvəl bu məsələ ilə bağlı 31 xəstəxana nəzərdə tutulmuşdu. Həmin say azaldılacaq. İmkanları məhdud olmayan xəstəxanalar rezidentləri qəbul etməlidir”, – deyə o qeyd edib.

İclasda eyni zamanda xəstəxanalarda çalışan həkim-rezidentlərə ödənilən vəsaitlərdən danışılıb.

Belə ki, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov xəstəxanalarda çalışan həkim-rezidentlərə ödənilən 350 manatlıq vəsaitin əslində əməkhaqqı yox, Prezidentin onlar üçün ayırdığı təqaüd olduğunu bildirib.

Bu vəsait onların təhsil prosesinə görə ödənilir, xəstəxanalarda işlədikləri üçün onlarla əmək müqaviləsi bağlanılmalıdır.

“Əmək Məcəlləsininin tələbinə uyğun olaraq da onlara həftəlik 40 saat olmaqla ən azı baza əməkhaqqı verilməlidir. Bu gün bunlar edilmədiyindən həmin rezidentlər özlərinə üfüq açmaq üçün xaricdəki proqramlara üz tuturlar”, – deyə deputat əlavə edib.

Leave a Reply