Azərbaycan nümayəndə heyəti Cenevrədə səfərdədir

İsveçrənin Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Hüquqları Komitəsinin 92-ci sessiyası keçirilir.  

TIME rəsmi mənbəyə istinadən bildirir ki,  BMT-nin Uşaq Hüquqları Komitəsinin sözügedən sessiyasında ölkəmizi təmsil edən nümayəndə heyəti tərəfindən Azərbaycan hökumətinin BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası üzrə beşinci və altıncı birgə dövri məruzəsi təqdim edilib. 

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov da Azərbaycan nümayəndə heyətinin tərkibində sessiyada iştirak edir.

Leave a Reply