Müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödəniləcəyi tarix açıqlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödəniləcəyi tarixi açıqlayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, yanvarın 26-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən bu sosial ödəniş növləri artımlarla ödəniləcək.

Leave a Reply