Milli standartların beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair Dövlət Proqramı nələri nəzərdə tutur?

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı təsdiq edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Dövlət Proqramının 4 əsas hədəf göstəriciləri var.

Proqramın əsas hədəf göstəriciləri aşağıdakılardır:

  • milli standartlaşdırma sisteminin məhsulların rəqabətqabiliyyətliliyinin artırılmasına töhfə verən fəaliyyətə çevrilməsi;
  • Avropa İttifaqının direktivləri əsasında milli texniki reqlamentlərin və beynəlxalq standartlar əsasında istinad edilmiş standartların qəbulu;
  • malların təhlükəsizliyinin, keyfiyyətinin təmini, onların rəqabətqabiliyyətliliyinin və ixrac potensialının artırılması;
  • texniki tənzimləmə sahəsində nəzarət mexanizminin təkmilləşdirilməsi, şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması.

Dövlət Proqramının məqsədləri aşağıdakılardır:

  • Texniki tənzimləmə sisteminin formalaşdırılması:
  • texniki tənzimləmənin şamil olunduğu malların əhatə dairəsinin müəyyənləşdirilməsi;
  • texniki tənzimləmə sahəsində infrastruktur təminatının yaxşılaşdırılması.

Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması aşağda göstərilən tədbirlərin göstərilməsini nəzərdə tutur:

  • standartlaşdırma üzrə yaradılmış texniki komitələrin fəaliyyətinin beynəlxalq tələblərə uyğun təşkil edilməsi;
  • milli standartlaşdırma çərçivəsinin hazırlanması.

Bununla yanaşı texniki tənzimləmə sahəsində dövlət nəzarəti sisteminin formalaşdırılması nəzərdə tutulur:

  • texniki tənzimləmənin şamil olunduğu malların təhlükəsizliyinə risk əsaslı dövlət nəzarəti sisteminin formalaşdırılması;
  • milli akkreditasiya sisteminin beynəlxalq akkreditasiya sisteminə uyğunlaşdırılması;
  • texniki tənzimləmə və standartlaşdırma sahəsində yüksək texnologiyaların və innovativ həllərin tətbiqi

Daha ətraflı məlumatla burada tanış ola bilərsiniz.

Leave a Reply